logo

Ceyhun Bayramov: Dərslərin başlanması müddəti həftəsonu bəlli olacaq"

23:17 14-04-2020 | icon 3556
Ceyhun Bayramov: Dərslərin başlanması müddəti həftəsonu bəlli olacaq"

Bu həftə ərzində tədrisin dayanması müddətinin uzadılması məsələsinə aydınlıq gətiriləcək. 

 YeniAvropa xəbər verir ki, bu barədə təhsil naziri Ceyhun Bayramov bu gün   AzTV-nin “Hədəf” verilişində çıxışı zamanı məlumat verib.

Verilişdə qonaq qismində iştirak edən nazir bu mövzunun həm Təhsil Nazirliyində, həm də təhsil sistemində çalışanların ən böyük arzusu olduğunu deyib.

Ceyhun Bayramov bildirib ki, təhsil sistemində tədrisin bərpa olunması çox mürəkkəb bir prosesdir və bu, 2 milyon insanın gündəlik hərəkəti deməkdir: “Bir çox hallarda nəqliyyatdan istifadə etmək var. Bu gün ölkədə sanitar-epidemioloji vəziyyət tam nəzarət altındadır. Nazirlər Kabineti yanında Operativ Qərargah bütün məsələləri və riskləri nəzərə alaraq ölçüb-biçilmiş formada sanitar-epidemioloji vəziyyətdən asılı olaraq qərar qəbul edəcək”.

C.Bayramov deyib ki, bu həftə ərzində tədrisin dayanması müddətinin uzadılması barədə qərar qəbul edilsə bu barədə ictimaiyyətə məlumat veriləcək. 

Xatırladaq ki, koronovirusun yayılması ilə əlaqədar olaraq, Nazirlər Kabinetinin qərarı ilə martın 3-dən etibarən ölkədə tədris dayandırılıb.