logo

Sahib Məmmədov: İndiyədək sahibkarlara 4832 lisenziya verilib

12:16 20-12-2017 | icon 2289
Sahib Məmmədov: İndiyədək sahibkarlara 4832 lisenziya verilib

İndiyədək sahibkarlara 4832 lisenziya verilib. Bunun 2676-sı yeni verilən, 2156-sı isə müddətsiz lisenziya ilə əvəz edilən lisenziyalardır.

YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dekabrın 20-də "Lisenziyalar və icazələr" portalının təqdimatında deyib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən 2015-ci il noyabrın 2-dən dövlət təhlükəsizliyi ilə bağlı hallar istisna olmaqla lisenziya tələb olunan fəaliyyət növləri üzrə lisenziyaların "ASAN xidmət" mərkəzləri vasitəsilə verilməsinə başlanılıb.