logo

Azərbaycan Beynəlxalq Bankı Rusiyadakı filiallarını bağlayır

16:27 06-03-2018 | icon 2590
Azərbaycan Beynəlxalq Bankı Rusiyadakı filiallarını bağlayır

Azərbaycan Beynəlxalq Bankı özəlləşdirmə çərçivəsində Rusiyadakı törəmə şirkəti - “MBA-Moskva”nın bir sıra filiallarını bağlamaq qərarına gəlib.

YeniAvropa xəbər verir  ki, söhbət Sankt-Peterburq və Yekaterinburqdakı filiallardan gedir.

Bankdan verilən məlumata görə, həmin filialların bağlanmasında məqsəd i “MBA-Moskva”nın Moskva regionundakı fəaliyyətinə daha çox diqqət yönəltmək məqsədi daşıyır.

Məlumatda qeyd olunur ki, Sankt-Peterburq və Yekaterinburq filiallarının müştəriləri ilə iş normal rejimdə davam edir. Martın 5-dən başlayaraq həmin filiallar əmanətlərin qəbul olunmasını dayandırıb və ödəniş sistmeləri vasitəsilə pul köçürmələrini həyata keçirmir.

Əmanətlərin qaytarılması isə məhdudiyyət olmadan, adi qaydada həyata keçirilir.

Filialların 2018-ci ilin aprelin 27-dək bağlanması planlaşdırılır.