Azərbaycan İnvestisiya Şirkəti 1,2 milyard dollar investisiya cəlb edib
Azərbaycan İnvestisiya Şirkəti fəaliyyəti dövründə 1,2 milyard dollar investisiya cəlb edib.
YeniAvropa xəbər verir ki, bunu "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin (AİŞ) icraçı direktoru Rövşən Nəcəf martın 5-də qurumun fəaliyyətinə dair keçirdiyi mətbuat konfransında deyib.
Rövşən Nəcəf şirkətin fəaliyyəti barədə məlumat verərək AİŞ-in sənaye, kənd təsərrüfatı, əczaçılıq, logistika və qida sənayesi sahələrində reallaşdırılan layihələrdə payçı qismində iştirak etdiyini vurğulayıb. Bildirilib ki, layihələrin ümumi dəyəri 1,2 milyard ABŞ dolları təşkil edir ki, bunun da 450 milyon ABŞ dolları xarici investisiyalardır. AİŞ-in payçı qismində iştirak etdiyi layihələr 2600 yeni iş yerinin açılmasına imkan yaradıb.
Məlumat verilib ki, sənaye sahəsində dəyəri 300 milyon avro olan və quru istehsal texnologiyasına əsaslanan yeni sement zavodu layihəsində 10 faiz paya malik olan AİŞ 2012-2015-ci illərdə layihədə uğurla iştirak edib. AİŞ-in payçı qismində iştirak etdiyi layihələrdən biri də ümumi dəyəri 470 milyon ABŞ dolları olan Bakı Gəmiqayırma Zavodudur. Bu zavod yeni gəmilərin və iritonnajlı tankerlərin tikintisi və təmiri üzrə Xəzər dənizi hövzəsində ən müasir zavoddur. Artıq müəssisədə bir sıra gəmilər, o cümlədən "Xankəndi" sualtı tikinti gəmisi inşa edilərək istifadəyə verilib. Dünyada yalnız 10 ədəd olan və mürəkkəb mühəndislik həlləri tələb edən "Xankəndi" gəmisinin tikintisinin Azərbaycanda reallaşdırılması ölkəmizin bu sahədə mühüm uğurudur.
İcraçı direktor qeyd edib ki, Qazaxıstanda yerləşən Azərbaycanın xarici ölkədəki ilk Logistika Mərkəzi, "Milk-Pro" zavodu, "Səba" və "Azərtoxum" müəssisələri, "Xəzər Beynəlxalq İnvestisiya Şirkəti" QSC də AİŞ-in payçı olduğu layihələrdəndir.
Artıq Masazırda yodlaşdırılmış və rafinadlaşdırılmış qida duzunun istehsalı üzrə "Azərbaycan Duz İstehsalat Birliyi" QSC-nin, Səngəçalda yeni logistik terminalının inşası məqsədilə yaradılmış "Səngıçal Terminalı" QSC-nin və Ağstafada aqrotexniki xidmətləri kompleks şəkildə həyata keçirən "Ağstafa Aqroservis" MMC-də AİŞ payçı qismində iştirakını yekunlaşdırıb.
Qeyd edilib ki, 2016-cı ildən başlayaraq AİŞ ölkənin əczaçılıq məhsullarına olan tələbatının ödənilməsi, bu sahədə idxaldan asılılığın azaldılması, ixrac potensialının artırılması və dərman məhsullarının keyfiyyətinin yaxşılaşdırılması məqsədilə əczaçılıq sahəsində də layihələr həyata keçirməyə başlayıb. 2016-cı ildə Pirallahı Sənaye Parkında İranla birgə ilk əczaçılıq layihəsi olan "Həyat Farm" Zavodunun təməli qoyulub. Bu layihədə AİŞ-in payı 10 faizdir. Müasir dərman istehsalı ilə məşğul olacaq müəssisənin ümumi investisiya dəyəri 78 milyon ABŞ dollarıdır. İllik istehsal gücü 225 milyon qutu olan müəssisədə 58 təsiredici maddə üzrə 89 çeşiddə dərman istehsal ediləcək. Zavodda 200-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Hazırda zavodun layihələndirmə işləri aparılır və yaxın zamanlarda tikintiyə başlanılacaq. Zavodda ilk qablaşdırma 2018-ci ilin sonuna, dərman istehsalı isə 2020-ci ilin əvvəlinə planlaşdırılır.
Eyni zamanda, Pirallahı Sənaye Parkında reallaşdırılan digər bir layihə isə Rusiya Federasiyası ilə birgə həyata keçiriləcək "Caspian Pharmed" Zavodunun tikintisidir. Layihədə AİŞ-in payı 25 faiz təşkil edir, 21 milyon ABŞ dolları investisiya dəyərində olan müəssisənin layihələndirmə işləri aparılır. Zavodun 2019-cu ilin sonunda istismara verilməsi nəzərdə tutulur. İldə 20,2 milyon qutu dərman istehsal etmək gücündə olacaq müəssisədə 54 təsiredici maddə üzrə 84 çeşiddə dərman istehsal ediləcək. Zavodda 90 yeni iş yeri yaradılacaq.
Bundan başqa, Pirallahı Sənaye Parkında şpris zavodunun tikintisi davam etdirilir. AİŞ 2017-ci ildə "Diamed Co" MMC-yə 1,7 milyon manat investisiya yatıraraq zavodda 25 faiz pay əldə edib. İllik istehsal gücü 60 milyon birdəfəlik şpris olan zavod 2018-ci ilin sonunda istifadəyə veriləcək. Müəssisədə istehsal ediləcək məhsulların yerli bazarın tələbatını ödəməklə yanaşı, Rusiya, Gürcüstan, İran və Mərkəzi Asiya ölkələrinə ixracı planlaşdırılır. Zavodda 60-a yaxın iş yerinin yaradılması nəzərdə tutulur.
Tədbirdə kiçik və orta sahibkarlığın inkişafında sənaye məhəllələrinin xüsusi rolunu vurğulanıb və Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Neftçala, Masallı, Sabirabad və Hacıqabulda sənaye məhəllələri yaradıldığı diqqətə çatdırılıb.
2017-ci ildə istifadəyə verilmiş Neftçala Sənaye Məhəlləsində hazırda sənaye, qida sənayesi və kənd təsərrüfatı sahələri üzrə 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Ümumi dəyəri 45,3 milyon manat olan bu layihələr 500-ə yaxın daimi iş yerinin yaradılmasına imkan verir.
Masallı Sənaye Məhəlləsində tikinti işləri sürətlə aparılır və birinci mərhələ çərçivəsində tikinti işləri tamamlanmaq üzrədir. Sənaye Məhəlləsinə sahibkarlar böyük maraq göstərir və artıq AİŞ-ə ümumi dəyəri 33 milyon manatdan çox olan 33 layihə təqdim olunub. İlk olaraq Sənaye Məhəlləsində ümumi dəyəri 7,1 milyon manat olan 9 layihənin (4 mebel istehsalı, digərləri plastik məmulatlar, metal məmulatlar, tikinti materialları, kabel istehsalı və dulusçuluq məmulatları istehsalı) icrasına başlanılacaq və 200-dən çox iş yeri yaradılacaq.
20,3 hektar sahədə yaradılan Sabirabad Sənaye Məhəlləsində tikinti işlərinə bu il başlanılması və tikinti işlərinə 200 nəfərin cəlb edilməsi nəzərdə tutulur. Sənaye Məhəlləsində yun tədarükü, pambıqtəmizləmə, taxta, plastik məmulatlar və tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin və logistika mərkəzinin yaradılması planlaşdırılır.
20 hektar sahədə yaradılan Hacıqabul Sənaye Məhəlləsi ağır maşınqayırma, xüsusi vaqonqayırma, avtomobil və kompozit materialları istehsalı sahələrində ixtisaslaşacaq. Sənaye Məhəlləsində tikinti işlərinə yaxın zamanda başlanılması nəzərdə tutulur. Tikinti prosesinə 200 nəfərdən çox işçi cəlb olunacaq. Artıq sənaye məhəlləsinə 6 layihə təqdim edilib. Bu layihələr çərçivəsində 43 milyon manat investisiya yatırılması və 850-dən çox iş yerinin yaradılması planlaşdırılır.
Sonda AİŞ-in fəaliyyətinə dair KİV nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
BMT-nin baş katibi "G20" ölkələrini "COP29"u dəstəkləməyə çağırıb
11 ölkə "COP29"a ikiillik şəffaflıq hesabatını təqdim edib
COP29: Bu gün Qlobal İqlim Şəffaflığı üzrə Bakı Bəyannaməsi təqdim olunacaq
Azərbaycanın İkiillik Şəffaflıq Hesabatı təqdimata hazırdır
Almaniyanın vitse-kansleri Azərbaycana səfərə gəlib
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı