SOCAR və “Statoil” şirkətləri perspektivli əməkdaşlığın əsas prinsipləri haqqında müqavilələr imzalayıb
SOCAR və “Statoil” şirkətləri perspektivli əməkdaşlığın əsas prinsipləri haqqında müqavilələr imzalayıb.
SOCAR prezidenti Rövnəq Abdullayev və “Statoil” şirkətinin baş vitse-prezidenti Al Kukun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.
''Qarabağ'' yatağının işlənməsi ilə bağlı risk xidmətləri və bəzi perspektivli sahələrinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə aid uzun müddətdir aparılan müzakirə və məşvərətlər nəticəsində mütəxəssislər tərəfindən perspektivli əməkdaşlığın əsas prinsipləri işlənib, razılaşdırılıb.
SOCAR prezidenti Rövnəq Abdullayev və “Statoil” şirkətinin baş vitse-prezidenti Al Kuk tərəfindən şirkətlər arasında perspektivli tərəfdaşlığın əsas müddəaları haqqında iki müqavilə imzalanıb. İmzalanan sənədlər Xəzər dənizinin Azərbaycan sektorunda bəzi perspektivli sahələrin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin əsas kommersiya prinsipləri və müddəalarını, habelə “Qarabağ” neft yatağı üzrə risk xidmət sazişinin əsas kommersiya prinsipləri və müddəalarını əhatə edir.
İmzalanma mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev deyib: “Mütəxəssislərimiz məhsuldar çalışaraq, müsbət nəticələr əldə etmişlər. Əsas prinsiplərin imzalanması iqtisadiyyatımıza yeni dəyər qazandıracaq gələcək layihələrin həyata keçirilməsi üçün etibarlı zəmin yaradır. Bu istiqamətdə aparılmış işlərin qısa zaman ərzində yekunlaşması üçün müvafiq tədbirlər görülməlidir”.
Norveçin Azərbaycandakı səfiri Bord İvar Svendsen deyib: “Azərbaycanla əməkdaşlığın uzun bir tarixi var. “Statoil” Azərbaycanda artıq 25 ildir uğurla fəaliyyət göstərir. Norveç hökuməti “Statoil”un enerji layihələrinə böyük önəm verir”.
“Statoil” şirkətinin baş vitse-prezidenti Al Kuk enerji layihələrində, habelə sosial əhəmiyyətli tədbirlərdə SOCAR ilə səmərəli və məhsuldar əməkdaşlığın qurulduğunu vurğulamış, AÇG layihəsi çərçivəsində həyata keçirilən əməliyyatların dünya standartlarına uyğun şəkildə aparıldığını bildirmişdir. Sonda yüksək səviyyəli əməkdaşlıq üçün SOCAR-ın rəhbərliyinə və mütəxəssislərdən ibarət komandasına təşəkkür etmişdir.
Qeyd edək ki, SOCAR Azərbaycan Respublikası ərazisində neft və qaz sahələrinin işlənməsi, ölkəyə yeni xarici investisiyaların cəlb olunması üçün çalışmalarını davam etdirərək, uzun müddət tərəfdaşlıq etdiyi “Statoil” şirkəti ilə də bu istiqamətdə işləməkdədir. “Qarabağ” neft yatağı və digər perspektiv sahələrdə planlaşdırılan işlər Azərbaycanda neft hasilatının sabit saxlanılması, qaz hasilatının artırılması baxımından mühüm əhəmiyyətə malik layihələr kimi qiymətləndirilir. AZƏRTAC
Cari ildə Azərbaycan Avropaya 10,6 milyard m3 qaz satıb
Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi müzakirə edilir
İlham Əliyev Rusiyanın maliyyə naziri ilə görüşüb
Azərbaycanda cari ilidə 41,5 milyard m3 qaz hasil edilib
BMT-nin baş katibi "G20" ölkələrini "COP29"u dəstəkləməyə çağırıb
11 ölkə "COP29"a ikiillik şəffaflıq hesabatını təqdim edib
COP29: Bu gün Qlobal İqlim Şəffaflığı üzrə Bakı Bəyannaməsi təqdim olunacaq
Azərbaycanın İkiillik Şəffaflıq Hesabatı təqdimata hazırdır
Almaniyanın vitse-kansleri Azərbaycana səfərə gəlib
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb