logo

Qarsda Türkiyə-Azərbaycan nəqliyyat-tranzit əməkdaşlığı müzakirə edilib

19:07 04-03-2018 | icon 2450
Qarsda Türkiyə-Azərbaycan nəqliyyat-tranzit əməkdaşlığı müzakirə edilib

İqtisadiyyat naziri, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qarsda səfərdədir.

İqtisadiyyat Nazirliyindən YeniAvropa-ya verilən məlumatda qeyd edilib ki,  Azərbaycan nümayəndə heyəti Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslanla görüşüb. Görüşdə Azərbaycanın qardaş Türkiyə ilə bütün sahələrdə, o cümlədən nəqliyyat-tranzit sahəsində əməkdaşlığın inkişaf etdiyi vurğulanıb. Qeyd edilib ki, tranzit daşımalarında Türkiyədən Orta Asiyaya və əks istiqamətdə hərəkət edən tırların sayı artıb. Yaradılan infrastruktur (dəmir yolu, Ələt Dəniz Ticarət Limanı, avtomobil yolları və s.) yükdaşımaların daha da artırılmasına geniş imkanlar açır. Görüşdə Transxəzər-Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin təşviqi ilə bağlı işlərin davam etdirilməsinin önəmi qeyd olunub, ölkələrimiz arasında iqtisadi əlaqələrin, xüsusilə nəqliyyat-tranzit yükdaşımaları sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri ilə bağlı müzakirələr aparılıb.

Sonra Azərbaycan nümayəndə heyəti müzakirələri davam etdirmək məqsədilə Gürcüstana yola düşüb. Səfər çərçivəsində Gürcüstan rəsmiləri ilə bir sıra görüşlər keçiriləcək, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın, nəqliyyat - tranzit sahəsində əlaqələrin genişləndirilməsi məsələləri müzakirə ediləcək.