logo

Azərbaycan “WorldSkills Asia” təşkilatına üzv olub

12:08 18-03-2020 | icon 4039
Azərbaycan “WorldSkills Asia” təşkilatına üzv olub

Azərbaycan peşə təhsilli kadrların olimpiadası kimi tanınan “WorldSkills Asia” təşkilatına üzv seçilib.

 YeniAvropa xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib. Qeyd edilib ki, sözügedən təşkilat “WorldSkills” müsabiqəsinin Asiya qitəsi səviyyəsində aparılan regional əməkdaşlığı, yarışların keçirilməsi, həmçinin bilik və bacarıqların inkişaf etdirilməsi üzrə mümkün təcrübə mübadiləsini nəzərdə tutur.

“WorldSkills Asia” müsabiqəsi peşə təhsilli kadrların olimpiadası kimi də tanınır. Müsabiqənin əsas vəzifəsi dünya iqtisadiyyatı üçün vacib texnoloji, eləcə də xidmət sahələrində bacarıq və peşələrin inkişafı, bu sahədə bilik və bacarıqların üzv ölkələr arasında təşviq edilməsidir.

İki ildən bir keçirilən yarışlarda ölkəmizin bir neçə ixtisas üzrə cari ilin noyabr ayında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil ediləcək “WorldSkills Asia” yarışmasına qatılması planlaşdırılır.