Ləğv prosesində olan 6 bankın əmlakı aprelin 3-də hərraca çıxarılır
Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan QSC "Bank Standard", ASC "Texnikabank", ASC "Kredobank", ASC "Zaminbank", ASC "Royalbank" və ASC "Bank of Azerbaycan"ın balansında olan daşınar və daşınmaz əmlakları 60 lot üzrə satışa çıxarır.
Fonddan YeniAvropa-ya bildiriblər ki, 27 lot üzrə əmlak ilk dəfə, 20 lot üzrə əmlak ikinci dəfə, 13 lot üzrə əmlak isə üçüncü dəfə hərraca çıxarılır. Üçüncü hərraca çıxarılan əmlakların ilkin satış qiyməti 15 faiz aşağı salınıb. Bu kateqoriyaya ləğv prosesində olan QSC "Bank Standard" KB-nin balansındakı 1 ədəd "Daewoo Nexia", 2 ədəd "Mitsubishi Lancer", 5 ədəd "Toyota Corolla", 1 ədəd "Toyota Avalon" markalı minik avtomobilləri, 2 ədəd bankomat, ləğv prosesində olan "Texnikabank" ASC-nin balansındakı bağ evi və ləğv prosesində olan "Kredobank" ASC-nin balansındakı qeyri-yaşayış sahəsi aiddir. Bu əmlakların satışı üzrə hərrac martın 27-də keçiriləcək. Ləğv prosesində olan QSC "Bank Standard" KB-nin balansındakı 2 ədəd VAZ-213100, 1 ədəd "Lexus LX-570", 1 ədəd "Mercedes Benz CLS 63 AMG", 1 ədəd "Mercedes Benz GL500", 1 ədəd "Mercedes Benz S500i", 1 ədəd "Jeep Grand Cherokee", 2 ədəd "Mitsubishi Lancer" markalı avtomobillər, ləğv prosesində olan "Royalbank" ASC-nin balansındakı 1 mənzil və 2 ev, ləğv prosesində olan "Kredobank" ASC-nin balansındakı 1 mənzil və ləğv prosesində olan "Texnikabank" ASC-nin balansındakı 7 ədəd qeyri-yaşayış sahəsi ikinci dəfə hərraca çıxarılacaq. Ləğv prosesində olan QSC "Bank Standard" KB-nin balansındakı 4 ədəd "Hyundai Accent", 1 ədəd "Daewoo Nexia" minik avtomobilləri, 10 ədəd bankomat, 1 ədəd pulsayan və 1 ədəd pulpresləyən aparatları, ləğv prosesində olan "Zaminbank" ASC-nin 1 qeyri-yaşayış sahəsi və 3 mənzil, ləğv prosesində olan "Royalbank" ASC-nin balansındakı 1 fərdi ev, ləğv prosesində olan "Texnikabank" ASC-nin balansındakı 157 ədəd mebel və texniki avadanlıq (bir lot üzrə), 1 ədəd bankomat və 1 ədəd "QAZ-3302-18" yük avtomobili, ləğv prosesində olan "Kredobank" ASC-nin balansındakı 1 ədəd "Lexus LS460" avtomobili və ləğv prosesində olan "Bank of Azerbaijan" ASC-nin balansındakı "Ford Transit" avtomobili hərraca ilk dəfə isə çıxarılıb. Birinci və ikinci dəfə satışa çıxarılan əmlaklar üzrə hərrac aprelin 3-də keçiriləcək. Hərrac açıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında, Bakı şəhəri, İ.Hidayətzadə küçəsi, 156(20A) 1933-cü məhəllə ünvanda olacaq.
Maraqlananlar əlavə məlumatı http://www.birjanews.az/store/mantlrin-sigortalanmasi-fondulinki, www.adif.az saytı vasitəsilə və 566-70-25, 566-79-67 telefonlarla əldə edə bilərlər.
Azərbaycanda cari ilidə 41,5 milyard m3 qaz hasil edilib
BMT-nin baş katibi "G20" ölkələrini "COP29"u dəstəkləməyə çağırıb
11 ölkə "COP29"a ikiillik şəffaflıq hesabatını təqdim edib
COP29: Bu gün Qlobal İqlim Şəffaflığı üzrə Bakı Bəyannaməsi təqdim olunacaq
Azərbaycanın İkiillik Şəffaflıq Hesabatı təqdimata hazırdır
Almaniyanın vitse-kansleri Azərbaycana səfərə gəlib
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq