Qəbələ Fındıq Emalı Zavodunun məhsulları Avropa ölkələrinə ixrac olunur
Fındıqçılıq Qəbələnin iqtisadiyyatında aparıcı yerlərdən birini tutmaqla yanaşı, həm də rayon əhalisinin əsas məşğuliyyət sahələrindən biridir. Kəndlilər yetişdirdikləri məhsulun bir hissəsini rayonda fəaliyyət göstərən Qəbələ Fındıq Emalı Zavoduna təhvil verirlər. Müəssisəyə Oğuz, Zaqatala və Qax rayonlarından da fındıq gətirilir.
Bu emal müəssisəsinə qəbul olunan qabıqlı fındıq, ilk növbədə, təmizlənir, çəkilir, laboratoriyada məhsulun keyfiyyəti və nəmliyi yoxlanılır. Təmizlənmə sahəsində fındıq ləpəsinin içindən standarta uyğun olmayan, cürük, yarı bölünmüş ləpələr və digər qarışıqlar seçilib götürülür. Qablaşdırma sahəsində isə təmizlənən fındıq ləpəsi polietilen vakuum paketlərə qablaşdırılır. Təxminən 200 nəfərin işlədiyi müəssisədə saatda 700 kiloqram fındıq qovuran, duzlayan, qovurulan fındığı doğrayan, doğranmış fındıq üçün ələk sistemi avadanlıqları quraşdırılıb. Bütün bu məhsullar metal detektorlardan keçərək qablaşdırılır.
Hazır məhsullar əsasən Almaniya, İtaliya, İspaniya və digər Avropa ölkələrinə ixrac edilir. İxrac olunan məhsullar “ekoloji təmiz məhsul” kodu altında satılır. 2005-ci ildən fəaliyyət göstərən müəssisədə fındıq ləpəsindən püre, şokolad kremi, duzlu və şəkərli fındıq ləpəsi, üzərinə şokolad çəkilmiş fındıq ləpəsi və digər məhsulların hazırlanması da nəzərdə tutulur. Bu məhsullar da MDB və Avropa ölkələrinə ixrac ediləcək.
Rayonda fındıqçılığın inkişafına uyğun olaraq zavodun gücü daha da artırılacaq. Ötən il Qəbələdə 900 hektar sahədə yeni fındıq bağı salınıb. Həmçinin əlavə olaraq 600 hektar sahədə yeni fındıq bağlarının salınması üçün torpaqlar müəyyənləşdirilib və il ərzində 270 hektar sahədə fındıq tingi əkilib.
Qeyd edək ki, hazırda Qəbələ rayonunda 3827 hektar fındıq bağı var. Bunun 3480 hektarı bar verəndir. Bu il bağlardan 8 min 600 tondan artıq məhsul götürülüb. Yığılan fındığın satışı ilə bağlı problem olmayıb. Bağbanlar fındığın bir kiloqramını 3 manata satıblar.
Cari ildə Azərbaycan Avropaya 10,6 milyard m3 qaz satıb
Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi müzakirə edilir
İlham Əliyev Rusiyanın maliyyə naziri ilə görüşüb
Azərbaycanda cari ilidə 41,5 milyard m3 qaz hasil edilib
BMT-nin baş katibi "G20" ölkələrini "COP29"u dəstəkləməyə çağırıb
11 ölkə "COP29"a ikiillik şəffaflıq hesabatını təqdim edib
COP29: Bu gün Qlobal İqlim Şəffaflığı üzrə Bakı Bəyannaməsi təqdim olunacaq
Azərbaycanın İkiillik Şəffaflıq Hesabatı təqdimata hazırdır
Almaniyanın vitse-kansleri Azərbaycana səfərə gəlib
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb