“Abşeron” yatağının operatorluğunu JOCAP həyata keçirəcək
Xəzər dənizinin Azərbaycan sektorundakı “Abşeron” qaz-kondensat yatağının operatorluğunu “Abşeron Neft” Birgə İstismar Şirkəti (JOCAP) həyata keçirəcək.
Energetika Nazirliyindən YeniAvropa-ya bildirilib ki, energetika naziri Pərviz Şahbazov Fransanın “Total” şirkətlər qrupunun Cənubi Avropa və Xəzər regionu üzrə vitse-prezidenti Bernard Klementin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycanla əməkdaşlıq, eləcə də “Abşeron” qaz-kondensat yatağının işlənməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazir “Abşeron” yatağının işlənməsi üzrə “Total” şirkəti ilə əməkdaşlıqdan məmnunluğunu bildirib. İlkin mərhələdə ölkədaxili tələbatın ödənilməsinə hesablanmış bu qaz layihəsi üzrə görülən işlər və ilk qazın hasil olunması istiqamətində planlaşdırılan tədbirlərlə maraqlanıb.
“Total” şirkətlər qrupunun vitse-prezidenti Bernard Klement SOCAR-la yüksək səviyyədə əməkdaşlığın nümunəsi kimi “Abşeron” qaz-kondensat yatağının operatorluğunu “Abşeron Neft” Birgə İstismar Şirkətinin həyata keçirəcəyini bildirib. Yataqda ilk quyunun VI nəsil Yarımdalma Qazma Qurğusu ilə qazılacağı və bu prosesin gələn ilin mart ayına kimi yekunlaşacağı, “Abşeron” yatağı üçün platformanın inşası, ixrac boru kəmərinin layihələndirilməsi və quraşdırılması işlərinə isə bu ilin ortasında start veriləcəyi qeyd edilib.
“Abşeron” yatağında hasilatın 2020-ci ilə planlaşdırıldığını deyən Bernard Klement ilkin mərhələdə illik təxminən 1,5 milyard kubmetr, 2022-2023-cü illərdə 5 milyard kubmetr qaz hasilatının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Görüşdə bərpaolunan enerji mənbələri üzrə əməkdaşlıq perspektivləri ilə bağlı da müzakirələr aparılıb.
Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi müzakirə edilir
İlham Əliyev Rusiyanın maliyyə naziri ilə görüşüb
Azərbaycanda cari ilidə 41,5 milyard m3 qaz hasil edilib
BMT-nin baş katibi "G20" ölkələrini "COP29"u dəstəkləməyə çağırıb
11 ölkə "COP29"a ikiillik şəffaflıq hesabatını təqdim edib
COP29: Bu gün Qlobal İqlim Şəffaflığı üzrə Bakı Bəyannaməsi təqdim olunacaq
Azərbaycanın İkiillik Şəffaflıq Hesabatı təqdimata hazırdır
Almaniyanın vitse-kansleri Azərbaycana səfərə gəlib
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək