"AtaBank" ASC-nin Kommunikasiyalar və PR şöbəsinin rəisi Oruc İbrahimov bankın Marketinq və Kommunikasiyalar Departamentinin direktoru vəzifəsinə təyin edilib.
ASC-dənYeniAvropa-ya bildiriblər ki, O.İbrahimov 2012-ci ilin fevral ayından "AtaBank" ASC-də bank fəaliyyətinə başlayıb. Bu müddət ərzində müxtəlif departamentlərdə müxtəlif vəzifələrdə çalışıb. Son 3 il ərzində Kommunikasiyalar və PR şöbəsinin rəisi vəzifəsini icra edib. Bu ilin mart ayından Marketinq və Kommunikasiyalar Departamentinin direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, O.İbrahimov Qarabağ müharibəsi uğrunda döyüşlərdə həlak olmuş Milli Qəhrəman Cavanşir İbrahimovun oğludur.