Dünyanın beş aparıcı aviaşirkətlərindən biri olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Etihad Airways” şirkəti bu gündən ilk dəfə Əbu-Dabi-Bakı marşrutu ilə birbaşa uçuşlara başlayıb.
YeniAvropa xəbər verir ki, ölkəmizin BƏƏ-dəki səfiri Daşqın Şikarov “Etihad Airways” hava yolları şirkətinin prezidenti və baş direktoru Peter Baumqartner və BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd əl Qubaisi ilk Əbu-Dabi-Bakı birbaşa uçuşunun açılışına həsr olunmuş mərasimdə iştirak ediblər. Qonaqlar marşrut üzrə ilk təyyarə ilə artıq Bakıya yola düşüblər və Bakıda keçiriləcək tədbirdə iştirak edəcəklər.
Qeyd edək ki, Əbu-Dabi-Bakı marşrutu üzrə uçuşlar cümə, şənbə və çərşənbə günləri həyata keçiriləcək, daha sonra isə uçuşların sayı artırılacaq.