logo

Ləğv olunan bankların əmlaklarına hərracda maraq böyük olub

18:15 01-03-2018 | icon 2905
Ləğv olunan bankların əmlaklarına hərracda maraq böyük olub

Əmanətlərin Sığortalanması Fondu (ADIF) Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə fevralın 19-26-da ləğv prosesində olan bir sıra bankın balansındakı əmlakların satışı üzrə açıq hərrac keçirib.

ADIF-dan YeniAvropa-ya verilən məlumatda qeyd olunub ki, açıq hərracın nəticələrinə əsasən, ləğv prosesində olan QSC "Bank Standard" Kommersiya Bankının balansındakı 2 ədəd "Toyota Camry", 1 ədəd "Lexus LX-570", 1 ədəd "Mitsubishi Outlander", 1 ədəd "Toyota Corolla", 1 ədəd "Mitsubishi Lancer", 2 ədəd "Ford Transit Connect" markalı avtomobillər və 4 ədəd bankomat, "Texnikabank" ASC-nin balansındakı Şabran rayonunda yerləşən torpaq sahəsi və 2 ədəd bankomat, "Kredobank" ASC-nin balansındakı 1 ədəd QAZ-3110, 1 ədəd "Toyota Camry" və 1 ədəd "Toyota Land Cruser" markalı avtomobillər, "Royalbank" ASC-nin balansındakı 1 ədəd qeyri-yaşayış sahəsi, ləğv prosesində olan "Zaminbank" ASC-nin balansındakı 1 ədəd "Ford Transit Connect" və "Range Rover" markalı avtomobillər satılıb.

Hərracda bir neçə avtomobilə xüsusi maraq olduğundan yekun satış qiyməti ilkin qiyməti xeyli üstələyib. Belə ki, ləğv prosesində olan QSC "Bank Standard"ın balansındakı "Toyota Camry" avtomobilinin (2014-cü il buraxılışı) ilkin qiyməti 34 070 manat olduğu halda, satış qiyməti 40 890 manat, "Mitsubishi Outlander" avtomobilinin ilkin qiyməti 18 570 manat olduğu halda, satış qiyməti 25 638 manat təşkil edib.