"Kapital Bank" Novruz Bayramı münasibətilə yeni güzəştli kredit aksiyası təqdim edir.
Bankdan YeniAvropa-ya bildiriblər ki, aksiya çərçivəsində "Kapital Bank"dan kredit götürən hər kəsə illik faiz dərəcəsində 4 faiz endirim edilir. 8 000 AZN-dək olan kreditlər isə zaminsiz verilə bilər. Aksiya martın 31-dək keçirilir.
Qeyd edək ki, "Kapital Bank"da "Gündəlik tələbat krediti"nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əməkhaqqı və təqaüdünü "Kapital Bank"dan alanlara şamil edilir.
Kredit rəsmiləşdirilməsi üçün əməkhaqqı və ya təqaüd kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. Ümumi kredit şərtləri barədə ətraflı – www.kapitalbank.az/loans/cash?hl=azsəhifəsində tanış olmaq olar.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdəki səhifələrinə müraciət etmək olar.