logo

“Azeri Light” markalı neft uycuzlaşmaqda davam edir

10:13 01-03-2018 | icon 2744
“Azeri Light” markalı neft uycuzlaşmaqda davam edir

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

YeniAvropa xəbər verir  ki,  “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,38 dollar azalaraq 66,61 dollar olub.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,08 dollar ucuzlaşaraq 64,65 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,01 dollar bahalaşaraq 61,65 dollar təşkil edib.