Bu gün saat 23:00-dan fevralın 23-ü saat 12:00-a kimi Yasamal və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilələr yaranacaq.
YeniAvropa xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, fasilə Yasamal rayonu ərazisində magistral kəmərdən yeni çəkilmiş xətlərə birləşmələrin verilməsi ilə əlaqədardır.