logo

Bakı-Rusiya sərhədi avtomobil yolu ödənişli olacaq

16:33 22-02-2018 | icon 2562
Bakı-Rusiya sərhədi avtomobil yolu ödənişli olacaq

Bakı-Rusiya sərhədi arasında tikiləcək yeni avtomobil yolu ödənişli olacaq.

YeniAvropa xəbər verir  ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 2018-ci ildə qarşıya qoyulan əsas vəzifə Bakı-Rusiya sərhədi istiqamətində yeni avtomobil yolunun tikintisidir. Bu avtomagistral yolun 43-cü kilometrliyində yerləşən Tağıyev qəsəbəsindən 208-ci kilometrədək olan hissəni əhatə edir. Dörd cərgəli, birinci dərəcəli geniş yol gələcəkdə ilk ödənişli yol olacaq.