Ötən il Dövlət Neft Fondu 3597,8 milyon dollar xarici valyuta satıb
2017-ci il ərzində Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarının təşkili ilə bağlı Mərkəzi Bank tərəfindən ümumilikdə 99 valyuta hərracı keçirilib.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2017-ci il üzrə pul siyasəti icmalında qeyd olunub. Bildirilir ki, həmin dövrdə ARDNF-in xarici valyuta satışları 3597,8 milyon ABŞ dolları təşkil edib ki, bu da 2016-cı ildəkinə nisbətən 26,3 faiz azdır.
Hesabat ilində Mərkəzi Bankda valyuta hərraclarının keçirilmədiyi günlərdə də banklararası valyuta bazarının Bloomberg platformasında təşkil edilən seqmenti normal fəaliyyət göstərib. Bu seqmentdə hərracdankənar alqı-satqı əməliyyatlarının həcmi 1065 milyon ABŞ dolları olub. 2017-ci il ərzində manatın rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilib. İl ərzində valyuta bazarında tələb-təklif nisbətindən asılı olaraq, manatın məzənnəsinin dinamikasında bir neçə dəfə qalxıb-enmə müşahidə edilib. Yanvarda və fevralın birinci yarısında bahalaşan ABŞ dolları, fevral ayının ikinci yarısından nisbətən ucuzlamağa başlayıb. 2016-cı ilin sonuna ABŞ dollarının manata qarşı məzənnəsi 1.7707 AZN səviyyəsində olmuşdusa, ötən il fevralın 1-də özünün dövr üzrə maksimum həddinə - 1.9200 AZN-ə qalxmış, dekabrın 6-da minimum həddinə - 1.7000 AZN-ə enmişdi. 2017-ci ilin sonuna manata nəzərən ABŞ dolları ilin əvvəlinə nisbətən 4 faiz ucuzlaşıb. İl ərzində 1 ABŞ dollarının manata qarşı orta günlük rəsmi məzənnəsi isə 1.7206 manat təşkil edib.
Ötən il ikitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib. Belə ki, manatın qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi 4,1 faiz bahalaşıb.
COP29: Bu gün Qlobal İqlim Şəffaflığı üzrə Bakı Bəyannaməsi təqdim olunacaq
Azərbaycanın İkiillik Şəffaflıq Hesabatı təqdimata hazırdır
Almaniyanın vitse-kansleri Azərbaycana səfərə gəlib
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb