Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb.
YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,60 dollar azalaraq 66,30 dollar olub.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,57 dollar ucuzlaşaraq 64,68 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,67 dollar azalaraq 61,12 dollar təşkil edib.