Mayın 5-də Bakıda ikinci Maliyyə və İnvestisiya Forumu (FIF 2018) keçiriləcək.
YeniAvropa forumun saytına istinadla xəbər verir ki, “Rəqəmsal biznes trendləri” şüarı altında keçiriləcək builki forumun əsas məqsədi Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafının genişləndirilməsi, bu sahənin hüquqi və infrastruktur bazasının beynəlxalq tələblərə uyğunlaşdırılmasıdır.
Forum “İnvestisiya strategiyaları”, “Maliyyələşmə strategiyaları”, “Vergi siyasəti və mühasibat uçotu” panelləri ilə davam edəcək.
Xatırladaq ki, ilk forum 2017-ci il mayın 6-da keçirilib.