logo

“Azeri Light”ın qiyməti yenidən 67 dollara yaxınlaşır

13:24 20-02-2018 | icon 2618
“Azeri Light”ın qiyməti yenidən 67 dollara yaxınlaşır

Azərbaycan neftinin bir barrelinin qiyməti 67 dollara yaxınlaşır. 

YeniAvropa xəbər verir  ki, hazırda dünya birjalarında “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,69 dollar bahalaşaraq 66,90 dollar olub.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,21 dollar ucuzlaşaraq 65,46 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,65 dollar bahalaşaraq 62,33 dollar təşkil edib.