logo

Azərbaycan iş adamları Özbəkistana səfər edəcəklər

11:58 19-02-2018 | icon 2548
Azərbaycan iş adamları Özbəkistana səfər edəcəklər

Fevralın 19-da Azərbaycanın iş adamlarından ibarət geniş tərkibli nümayəndə heyəti Özbəkistana səfər edəcək. 

YeniAvropa xəbər verir  ki, bu haqda  Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK) bildirilib. Məlumatda qeyd edilib ki, ASK-nın  prezidenti Məmməd Musayevin başçılıq etdiyi nümayəndə heyətində inşaat-tikinti, qida, proqram təminatı, turizm, maliyyə, qablaşdırma, tekstil və başqa sahələrdə fəaliyyət göstərən şirkətlərin rəhbərləri yer alıblar.

Səfər zamanı Məmməd Musayevin Özbəkistanın iqtisadiyyat naziri Botir Xodjayev və bir sıra rəsmi şəxslər ilə görüşü nəzərdə tutulub. Azərbaycan iş adamları Daşkənd və Səmərqənd şəhərlərində yerli sahibkarlarla görüşlər keçirəcək.

Daşkənddə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Özbəkistan Respublikasının Ticarət və Sənaye Palatası arasında anlaşma memorandumu imzalanacaq.