Azərbaycan “Gulf Food 2018” beynəlxalq sərgisində iştirak edir
Dubayda “Gulf Food 2018” XXIII beynəlxalq ərzaq və içki sərgisi açılıb. YeniAvropa xəbər verir ki, Beynəlxalq Ticarət Mərkəzində keçirilən sərgidə 120 ölkədən 5 mindən çox şirkətin məhsulları nümayiş etdirilir. Azərbaycan dünyanın hər yerindən 95 mindən çox ziyarətçinin gəldiyi bu nüfuzlu sərgidə ərzaq və içki istehsal edən 23 şirkətlə təmsil olunur.
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov, BƏƏ-dəki ticarət nümayəndəsi Elnur Əliyev və diplomatik missiyamızın təmsilçiləri Azərbaycan stendinə gəliblər.
Nümayəndə heyətinə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev rəhbərlik edir. Ölkəmiz sərgidə sahəsi 174 kvadratmetr olan “Made in Azerbaijan” milli stendi ilə təmsil olunur.
Milli naxışlarla bəzədilmiş Azərbaycan pavilyonuna gələnlərə ölkəmizdə istehsal edilən, dadı, yüksək keyfiyyəti və rəqabət qabiliyyəti ilə seçilən meyvə şirələri, yerli məhsuldan hazırlanmış müxtəlif şərab markaları, təbii mineral sular, qənnadı məmulatları, Azərbaycan çayının müxtəlif sortları, konservləşdirilmiş məhsullar və s. təklif olunur. Burada quraşdırılmış monitorlarda “Baku Ekspo 2025”i təbliğ edən materiallar, habelə Azərbaycanın görməli yerləri, təbiəti haqqında videoçarxlar nümayiş etdirilir.
“Gulf Food 2018” çərçivəsində Azərbaycan şirkətləri öz məhsullarını nümayiş etdirməklə yanaşı, sərginin digər iştirakçıları ilə gələcək əməkdaşlıq barədə danışıqlar aparırlar.
Sərgiyə gələnlərə təqdim edilən kataloqlarda, bannerlərdə Azərbaycan haqqında informasiya yerləşdirilib. Bundan başqa, zallarda quraşdırılmış bütün monitorlarda “Made in Azerbaijan” brendinin reklam çarxları nümayiş etdirilir.
Azərbaycan stendi elə ilk gündə beynəlxalq sərgiyə gələn çoxsaylı ziyarətçilərin diqqətini cəlb edib. Onlar vurğulayıblar ki, ölkəmizin stenddə təqdim edilən məhsulları böyük maraq oyadır, çünki Azərbaycanın bir sıra ərzaq məhsulları BƏƏ bazarında məşhurdur, onlardan bəzilərini yerli satışda tapmaq mümkündür.
“Gulf Food 2018” Körfəz ölkələri və Yaxın Şərq regionunun ixtisaslaşdırılmış sərgisidir. O, dördgünlük işi müddətində görünməmiş sayda ziyarətçiləri, eksponentləri, keçirilən biznes-əməliyyatları ilə ərzaq sənayesinin və içki istehsalının dünyada ən nüfuzlu sərgisidir.
COP29: Bu gün Qlobal İqlim Şəffaflığı üzrə Bakı Bəyannaməsi təqdim olunacaq
Azərbaycanın İkiillik Şəffaflıq Hesabatı təqdimata hazırdır
Almaniyanın vitse-kansleri Azərbaycana səfərə gəlib
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb