logo

"BP" gələn il “Şəfəq-Asiman” strukturunda ilk quyunu qazacaq

22:41 17-02-2018 | icon 2653
"BP" gələn il “Şəfəq-Asiman” strukturunda ilk quyunu qazacaq

Gələn il “Şəfəq-Asiman” strukturunda ilk quyu qazılacaq.

YeniAvropa xəbər verir  ki, bu barədə jurnalistlərə açıqlamasında "BP"nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counz deyib.

"BP"nin regional prezidenti qeyd edib ki, 2019-cu ildə Xəzərin Azərbaycan sektorundakı “Şəfəq-Asiman”da ilk kəşfiyyat quyusunun qazılması planlaşdırılır. Bu yataqdan hasil edilən təbii qaz gələcəkdə Cənub Qaz Dəhlizi ilə Türkiyə və Avropaya nəql olunacaq.