SOCAR istiqrazları bahalaşıb
Azərbaycanın qiymətli kağızlar bazarında SOCAR istiqrazlarına tələbat kəskin artıb.
İstiqrazın market -meykeri olan “PSG Kapital” şirkətindənYeniAvropa-ya verilən məlumata görə, son günlər istiqrazların alışı üçün “PSG Kapital”ın “ASAN 1” və “ASAN 5” xidmət mərkəzlərindəki satış nöqtələrinə müraciətlər çoxalıb. Artım özünü həm müraciətlərin sayında, həm də sifariş edilən istiqrazların sayında göstərir.
SOCAR istiqrazlarına tələbatın artması istiqrazların satış göstəricilərində də əksini tapıb. Bu ilin əvvəlindən indiyədək istiqrazlarla əməliyyatların həcmi 10 milyon dolları keçib.
İstiqrazlara tələbatın artması özünü qiymətli kağızın qiymətində də göstərib. Bir neçə gün əvvəl təkrar bazarda SOCAR istiqrazlarının satış qiyməti artaraq 1006-1011 dollara yüksəlib. Amma hətta bu qiymətə də istiqraz almaq istəyənlərin sayı böyükdür.
İstiqrazlara tələbatın yüksəlməsinin digər səbəbi, əhalinin bu kağızın üstünlükləri barədə məlumatının artmasıdır. Yüksək gəlir, dərhal pula dəyişmək və hissə-hissə satmaq imkanı SOCAR istiqrazlarını müştərilər üçün xüsusilə cəlbedici edir.
Xatırladaq ki, ölkədə ən çox alınıb-satılan qiymətli kağız olan SOCAR istiqrazları 2016-cı ilin oktyabrında dövriyyəyə buraxılıb. Nominal qiyməti 1000 ABŞ dolları olan istiqrazların illik gəlirliliyi 5 faiz və ya hər istiqraza görə ildə 50 dollardır. İstiqrazlar üzrə faizlər 3 aydan bir olmaqla, ildə 4 dəfə ödənilir.
İndiyədək SOCAR istiqrazları üzrə 5 dəfə faiz ödənişi (4 ödəniş 2017-ci ildə, 1 ödəniş 2018-ci ildə) edilib. İstiqraz sahibləri indiyədək bu qiymətli kağızlardan 6,25 milyon dollar gəlir götürüblər. İstiqrazlar üzrə növbəti faiz ödənişi apreldə həyata keçiriləcək.
Azərbaycanda cari ilidə 41,5 milyard m3 qaz hasil edilib
BMT-nin baş katibi "G20" ölkələrini "COP29"u dəstəkləməyə çağırıb
11 ölkə "COP29"a ikiillik şəffaflıq hesabatını təqdim edib
COP29: Bu gün Qlobal İqlim Şəffaflığı üzrə Bakı Bəyannaməsi təqdim olunacaq
Azərbaycanın İkiillik Şəffaflıq Hesabatı təqdimata hazırdır
Almaniyanın vitse-kansleri Azərbaycana səfərə gəlib
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq