logo

“Azeri Light”ı 66 dollardan baha satılır

13:17 17-02-2018 | icon 2632
“Azeri Light”ı 66 dollardan baha satılır

Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb. Hazırda Azərbaycan neftinin bir barrelinin qiyməti 66 dolları ötüb.

YeniAvropa xəbər verir  ki, dünya birjalarında  “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,94 dollar bahalaşaraq 66,21 dollar  təşkil edir.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,51 dollar artaraq 64,84 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,34 dollar bahalaşaraq 61,68 dollar təşkil edib.