Gənclər Təşkilatları Milli Şurasının III Milli Konqresi keçirilib
Dekabrın 19-da Azərbaycanın ən böyük gənclər platforması olan Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) III Milli Konqresi keçirilib.Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, 200-dən çox gənclər təşkilatının nümayəndələri, beynəlxalq qurumların təmsilçiləri iştirak ediblər.Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra GTMŞ-nin 2017-ci ildə fəaliyyəti ilə bağlı hesabat videosu nümayiş etdirilib.
GTMŞ-nin sədri Seymur Hüseynov tədbirdə çıxış edərək Şuranın tarixi və fəaliyyəti haqqında məlumat verib. Bildirilib ki, 1995-ci ildə 11 gənclər təşkilatı tərəfindən təsis olunan Şuranın sıralarında hazırda 200-dən çox gənclər təşkilatı, o cümlədən on minlərlə gənc birləşir. Şura özündə uşaq və gənclər təşkilatlarını birləşdirən və bu çərçivədə yerli, regional, beynəlxalq səviyyədə fəaliyyət göstərən birlikdir. S.Hüseynov Azərbaycanın dövlət gənclər siyasətinə dəstək verilməsi və gənclər təşkilatları institutunun gücləndirilməsi istiqamətində Şuranın mühüm tədbirlər həyata keçirdiyini vurğulayıb. Qeyd edib ki, Şuranın fəaliyyətində əsas olan dövlətçilik prinsipi bu gün də bu qurum üçün prioritet istiqamətdir. S.Hüseynov ötən 22 ildə GTMŞ ilə fəal əməkdaşlıq edən dövlət və hökumət qurumlarına, üzv təşkilatlara minnətdarlığını ifadə edib.
Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev sıralarında ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatlarını birləşdirən belə bir platformanın – Gənclər Təşkilatları Milli Şurasının yaradılmasının mühüm addım olduğunu bildirib. Qeyd edib ki, Gənclər Təşkilatları Milli Şurasının vəzifəsi gənclər təşkilatları üçün dialoq mühiti, təcrübə mübadiləsi, dövlət orqanları ilə əməkdaşlıq üçün münbit şərait yaratmaq və beynəlxalq əməkdaşlığı təşviq etməkdir. Gənclər təşkilatları bu imkanlardan yararlanmalı və bu platformanın təkmilləşdirilməsində fəal iştirak etməlidirlər.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışında bildirib ki, 22 il əvvəl GTMŞ yaradılanda həmin vaxt mətbuatda bu təşkilatın yaradılması ilə bağlı ətraflı müzakirələr aparılırdı. Şura təsis edildikdən sonra həyata keçirdiyi fəaliyyət bu platformanın yaradılmasının nə dərəcədə uğurlu olduğunu göstərdi. Həyata keçirilən layihələr bu qurumun fəaliyyətinin səmərəliliyini sübut edir.
Qeyd olunub ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təkcə son beş ildə 700-dən çox layihə və tədbir həyata keçirilib. Bu iş bundan sonra da davam etdiriləcək. Nazir müavini GTMŞ-nin 2018-ci ildə də öz peşəkarlığını göstərməkdə və dövlət maraqlarına uyğun layihələr həyata keçirməkdə davam edəcəyinə əminliyini bildirib.
Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov ölkəmizin milli maraqlarının qorunmasında GTMŞ-ə üzv gənclər təşkilatlarının rolundan söz açıb. Qeyd edib ki, Şura bundan sonra da uğurlu fəaliyyətini davam etdirəcək.
Çıxışlardan sonra III Milli Konqres işini panel müzakirələri ilə davam etdirib.
COP29: Bu gün Qlobal İqlim Şəffaflığı üzrə Bakı Bəyannaməsi təqdim olunacaq
Azərbaycanın İkiillik Şəffaflıq Hesabatı təqdimata hazırdır
Almaniyanın vitse-kansleri Azərbaycana səfərə gəlib
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb