2017-ci ildə SOCAR tərəfdaş şirkətlərlə birlikdə 177 quyunun istismara verilməsini həyata keçirib.
YeniAvropa xəbər verir ki, bu barədə KİV-ə müsahibəsində SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
SOCAR-ın prezidenti bildirib ki, şirkətin öz quyu fonduna 80 yeni quyu əlavə edilib: “2016-cı ilin sonlarında “Ümid” yatağında bir, ötən il “Bulla-dəniz” yatağında isə daha iki yüksəktəzyiqli və yüksəkhərarətli quyunun qazılmasına nail olduq. Bu quyular 6 min metrdən artıq dərinlikdə qazılıb”.