logo

 “Cənub Qaz Dəhlizi” layihəsinə 30 milyard dollaradək sərmayə yatırılıb

21:18 16-02-2018 | icon 2646
 “Cənub Qaz Dəhlizi” layihəsinə 30 milyard dollaradək sərmayə yatırılıb

“Cənub Qaz Dəhlizi” layihəsinə indiyədək qoyulan birgə sərmayənin ümumi həcmi 29,7 milyard dollardır.

YeniAvropa xəbər verir  ki, bu fikri  KİV-ə müsahibəsində SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

R.Abdullayev qeyd edib ki, indiyədək layihəyə qoyulan birgə sərmayənin ümumi həcmi 29,7 milyard dollardır. Azərbaycan “Cənub Qaz Dəhlizi” QSC-nin timsalında bu günə qədər dəhlizin dəyər zəncirinə daxil olan 4 layihədə iştirak payının maliyyələşdirilməsinə 8,7 milyard dollar həcmində investisiya yatırıb. İşlər qrafikə uyğun davam edir və layihə nəzərdə tutulan vaxtda tamamlanacaq. Artıq Cənubi Qaz Dəhlizinin Azərbaycan, Gürcüstan və Türkiyədəki hissələrinin istismarına başlamaqdayıq. Türkiyəyə kommersiya məqsədilə ilk təbii qaz həcmlərinin 2018-ci ilin ortalarında çatdırılması nəzərdə tutulur.

“Azərbaycanın zəngin təbii qaz ehtiyatlarını reallaşdırmaq üçün müxtəlif imkanlar mövcud idi. Lakin biz Avropaya ixrac kəmərinin tikilməsinə üstünlük verdik. Müxtəlif ölkələrin qanunvericiliyinə əsaslanan, müxtəlif qitələrdə həyata keçirilən bir meqa-layihə nə qədər mürəkkəb olsa da, Azərbaycan Cənub Qaz Dəhlizinə öncüllük edib. Hazırda Xəzər dənizindən təbii qazın Avropaya nəql olunmasına sadəcə bir addım qalıb. Biz də avropalı tərəfdaşlarımızla dayanıqlı əməkdaşlıq qurmağın intizarındayıq. Avropa İnvestisiya Bankının TAP-a birbaşa maliyyə töhfəsi Avropanın enerji təhlükəsizliyi baxımından Cənub Qaz Dəhlizinin əhəmiyyətini bir daha göstərir”, - deyə SOCAR-ın prezidenti bildirib.