logo

Cari ildə SOCAR-ın 3 ölkədə 6 strateji layihəsi istifadəyə veriləcək

20:03 16-02-2018 | icon 2660
Cari ildə SOCAR-ın 3 ölkədə 6 strateji layihəsi istifadəyə veriləcək

2018-ci ildə SOCAR-ın 3 ölkədə 6 strateji layihəsi istifadəyə veriləcək. 

YeniAvropa xəbər verir  ki, bu barədə  KİV-ə müsahibəsində SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

“Bu il SOCAR-ın strateji əhəmiyyətə malik 6 layihəsi – Türkiyədə TANAP, “Star” neft emalı zavodu, Gürcüstan və Azərbaycanda isə “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, “SOCAR Polymer” və “SOCAR Karbamid” zavodlarının inşası başa çatacaq və layihələr çərçivəsində istismara başlanılacaq. Bu isə, öz növbəsində iqtisadiyyatın şaxələndirilməsinə töhfə verəcək, xarici valyuta axınını təmin edərək, minlərlə yeni iş yeri yaradacaq, Azərbaycanın və regionun iqtisadi inkişafına təkan verəcək”, - deyə SOCAR-ın prezidenti əlavə edib.