Gələn il “Şəfəq-Asiman” strukturunda ilk quyu qazılacaq.
YeniAvropa xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons deyib.
BP-nin regional prezidenti qeyd edib ki, 2019-cu ildə Xəzərin Azərbaycan sektorundakı “Şəfəq-Asiman”da ilk kəşfiyyat quyusunun qazılması planlaşdırılır. Bu yataqdan hasil edilən təbii qaz gələcəkdə Cənub Qaz Dəhlizi ilə Türkiyə və Avropaya nəql olunacaq.