Ötən il Azərbaycandan Türkiyə iqtisadiyyatına qoyulan birbaşa sərmayənin həcmi 1 milyard 9 milyon dollar olub. YeniAvropa Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu ölkəyə ən çox investisiya yatıran ölkə Hollandiya, ən az isə Rusiya olub. Ötən il Hollandiya Türkiyə iqtisadiyyatına 1 milyard 768 milyon dollar sərmayə qoyub.
Qeyd edək ki, 2010-2016-cı illərdə Azərbaycanın Türkiyə iqtisadiyyatına yatırdığı investisiyanın məbləği 4 milyard 899 milyon dollar olub.
Türkiyə Mərkəzi Bankının məlumatına görə, ötən il ölkəyə 7 milyard 437 milyon dollarlıq birbaşa xarici sərmayə yatırılıb. Bu göstəricidə ən böyük paya ötən il 4 milyard 964 milyon dollar məbləğində birbaşa investisiya qoyan Avropa ölkələri sahib olub.