Aprel ayında Azərbaycan şirkətlərinin nümayəndələri Neapola səfər edəcəklər.
YeniAvropa xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfiri Augusto Massari Bakıda keçiriləcək "İtaliya Dizayn Günü"nün təqdimatı ilə bağlı mətbuat konfransında deyib.
O bildirib ki, aprelin 15-də bir neçə Azərbaycan şirkətinin nümayəndələri İtaliyanın Neapol şəhərinə işgüzar səfər edəcək. Azərbaycan şirkətlərinin nümayəndələri Neapoldakı zərgərlik məmulatları istehsal edən şirkətlərdə görüşlər keçirəcək.