logo

Bu il Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 744, 296 milyon dollar təşkil edib

14:13 19-12-2017 | icon 2394
Bu il Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 744, 296 milyon dollar təşkil edib

Cari ilin 11 ayında Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 744 milyon 296 min ABŞ dolları təşkil edib.Bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.Məlumatda bildirilir ki, həmin dövrdə Azərbaycandan Gürcüstana 522 milyon 483 min ABŞ dolları həcmində mal ixrac olunub. Gürcüstandan isə 221 milyon 813 min dollar dəyərində idxal həyata keçirilib.Ümumiyyətlə Gürcüstanın xarici ticarət dövriyyəsində Azərbaycanın payı 7 faiz təşkil edib.

Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 9 milyard 563,8 milyon dollar olub. Bu da, 2016-cı ilin analoji göstəriciləri ilə müqayisədə 12,9 faiz çoxdur.Gürcüstanın ixracatı 27 faiz artaraq 2 milyard 439,7 milyon, idxalatı isə 8,8 faiz artaraq 7 milyard 124,1 milyon dolar təşkil edib.