Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.
YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,01 dollar bahalaşaraq 64,70 dollar olub.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,59 dollar artaraq 64,95 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,74 dollar bahalaşaraq 61,34 dollar təşkil edib.