logo

Avropa-Qafqaz-Asiya dəhlizi ilə ötən il 52,7 milyon ton yük daşınıb

23:49 14-02-2018 | icon 2541
Avropa-Qafqaz-Asiya dəhlizi ilə ötən il 52,7 milyon ton yük daşınıb

2017-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 52733,2 min ton, yük dövriyyəsi isə 11427,3 milyon ton-kilometr olub.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, yüklərin 32235,7 min tonu və ya 61,1 faizi avtomobil nəqliyyatı, 13074,2 min tonu və ya 24,8 faizi dəmir yolu nəqliyyatı, 7423,3 min tonu və ya 14,1 faizi dəniz nəqliyyatı ilə daşınıb.

2016-cı illə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 4,8 faiz artım müşahidə olunub.

Dəhliz vasitəsilə daşınmış yüklərin 19,3 faizini və ya 10186,6 min tonunu tranzit yüklər təşkil edib.