Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,1 dollar ucuzlaşaraq 63,69 dollar olub.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,10 dollar artaraq 62,82 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,02 dollar bahalaşaraq 59,21 dollar təşkil edib.