Bakı-Tbilisi-İstanbul-Aleksandropolis-Vyana marşrutu üzrə ilk sərnişin qatarı 2018-ci ilin mayında yola düşəcək.
YeniAvropa xəbər verir ki, artıq Azərbaycan Fransanın “Stadler Rail Group Alstom” firmasından 64 sərnişin vaqonu alıb. Gürcüstanın "Newstbilisi" portalının yaydığı məlumata görə, bu vaqonlar Gürcüstan-Türkiyə sərhədindəki Axalkalaki rayonunda qısa bir zamanda yeni xətlərə keçiriləcək.
Yeni vaqonlar yüksək keyfiyyətli, komfortludur. İki nəfərlik kupelərdə kondisioner və Wi-Fi olacaq. Qatarda, həmçinin restoran və bar fəaliyyət göstərəcək.