2018 iqtisadiyyat üçün nələr vəd edir? - Çox maraqlı dövrə qədəm qoyuruq - ŞƏRH
İqtisadi ekspert Natiq Cəfərli 2018-ci ildə dünya iqtisadiyyatında baş verə biləcək proseslərin mümkün ehtimallarını şərh edib.
Publika.az xəbər verir ki, ekspert gələcək illərdə iqtisadiyyatın çoxşaxəli variantının daha böyük uğurlar qazandıracağını bildirib.
“2017-ci il bir çox ölkələr üçün iqtisadi baxımdan uğurlu bir il kimi tarixə düşdü. Çünki dünya iqtisadiyyatında kifayət qədər iqtisadi canlanma müşaiyət olundu. Avropa İttifaqı ölkələrində iqtisadi aktivlik 1,5%-dək yüksəldi. Bu göstərici Amerikada 3%-ə yaxınlaşdı. Çində təqribən 5,7%, Hindistanda isə 5-6% civarında aktivlik müşahidə edildi. Bəzi ölkələr isə 2008-ci ildə başlanan böhranın artıq geridə qaldığını və yeni mərhələyə qədəm qoyduqlarını elan etdilər".
VALYUTA
“Əslində 2017-ci ili “avro ili” elan etmək çox məntiqli bir addım olardı. Çünki digər valyutalara nisbətən ən çox dəyər qazanan məhz avro oldu. Bu həm Avrozonada iqtisadiyyatın dirçəlməsi ilə əlaqədardır, həm də Avropada lokomotiv ölkələrin ümumdaxili məhsulunun artması ilə. Bütün bu amillər avronun dollar qarşısında möhkəmləsinə gətirib çıxardı.
Bu il dollar kimi, funt-sterlinqin də dəyərini itiməsinə şahid olduq. Çünki İngiltərə Avropa İttifaqından çıxma qərarı aldı və bu qərar birbaşa olaraq funt-sterlinqə mənfi təsirini göstərdi. Ancaq bu valyutalardan fərqli olaraq, Yaponiyanın milli valyutası olan yuan ciddi nailiyyətlər əldə etdi və böyük güvən qazandı.
Dünyada ən çox dəyər itirən valyutalardan biri isə ölkəmizin ən yaxın ticarət tərəfdaşlarından olan Türkiyənin lirəsi oldu.
Ümumilikdə götürəndə 2017-ci ilin avronun hegemonluğu altında keçdiyini rahatlıqla deyə bilərik”.
KRİPTO-VALYUTA
“Yaxın gələcək üçün iqtisadiyyatda kripto-valyutaların böyük payının olacağı deyilsə də, bu proses real görünmür. Çünki onların həcmi ən yaxşı halda 500 milyard dollar civarında dəyərləndirilir. Halbuki dünya iqtisadi tutumu 90 trilyon dollardır. Ona görə də dünyanın iqtisadi tutumu qarşısında 500 milyard dollarlıq bir büdcənin böyük rolu ola bilməz. Ancaq gələn bu sahədə də maraqlı proseslərin baş verəcəyi gözlənilir. Yeni virtual valyutaların dövriyyəyə buraxılması ehtimalı belə var. Hətta virtual valyutanı idarə edən “blog-change” texnologiyasında belə dəyişikliklərin olması gözlənilir.
Mənə elə gəlir ki, gələn il virtual valyutalar üçün ağır dövr olacaq. Bəzi Avropa ölkələri virtual valyutaların qanuni bazasını yaradacaq ki, bu böyük risk daşıyan kripto-valyuta sahəsini təminat altına almaq məqsədi daşıyacaq”.
Siyasi proseslərin iqtisadiyyata təsiri
“Bu il Yaxın Şərq müharibə ocaqlarındakı mövqelər, Türkiyə-Rusiya, Türkiyə-ABŞ arasındakı münasibətlər olduqca dinamik müstəvidə keçdi. Və nə qədər qəribə olsa da, Yaxın Şərqdə baş verən proseslərdən elə regionun öz ölkələri daha çox qazanclı çıxdı. Bu qazanc ən çox da neftə sahib olan ölkələrin payına düşdü. İraq, Suriya ərazisində, Yəmənlə Səudiyyə Ərəbistanı arasında hərbi gərginliyin olması neftin qiymətinə müsbət təsir göstərdi. Beləliklə, 2017-ci ildə neft 30% dəyər qazandı ki, bu da çox ciddi rəqəmdir. Ancaq bu rəqəm bəzi ölkələrin ticarət dövriyyəsinə mənfi təsir göstərdi. Məsələn, Rusiyanın sanksiyalar altında olması bu ölkənin Avropa İttifaqı, Amerika ilə ticarət yükünü zəiflətdi. Rusiya isə bunun yerinə Çinlə münasibətləri genişləndirdi”.
Nəhəng dövlətlərin yeni iqtisadiyyat modelləri
“Neftdən asılı olan ölkələr çoxşaxəli modelə üstünlük verməyə çalışırlar. Lakin bu modelin tətbiqi olduqca çətindir. Belə görünür ki, Rusiya, Səudiyyə Ərəbistanı kimi böyük ölkələrdə də, Azərbaycan kimi kiçik iqtisadiyyatlı dövlətlərdə də çoxşaxəli plana keçiddə probelmlər yaşanıb və yaşanmaqdadır. Ancaq Səudiyyə Ərəbistanı bu strategiya ilə kifayətlənməyərək, 2030-cu il proqramını qəbul etdi ki, bu proqram da neftdən asılılığı azaltmaq, qeyri-neft sahələrinə milyardlarla dollar həcmində vəsait qoymağı ehtiva edir. Rusiyada da bu prosesin bənzərinə şahid olduq. Dünya çox sürətlə dəyişir. Yeni enerji mənbələri sürətlə ortaya çıxır, yeni texnologiyalar sürətli şəkildə iqtisadiyyata tətbiq edilir. İqtisadiyyatda 2018-ci ildə bu baxımdan yeni istiqamətlərdə addım atılacağı gözlənilir. Təxminən 10 il bundan öncəyə qədər ən bahalı şirkətlər neft şirkətləri idisə, bu gün ilk beşlikdə qərarlaşan qurumların heç biri neft şirkəti deyil. Məhz bu fakt da rəvac verir ki, 2018-ci il iqtisadiyyatında bu il olduğu kimi süni intellekt, İT texnologiyaları, alternativ enerji mənbələri, maya dəyərinin aşağı salınması kimi anlayışların inkişafını ehtimal edək.
Əslində bu dövrdə çox maraqlı iqtisadi proseslərin şahidi oluruq. İndustrial dövrə keçid edirik, hətta ev şəraitində müəyyən bir əşyanın printerdən çıxarılması kimi fövqəladə bir hadisələri müşahidə edirik. Texnologiyanın bu cür inkişafı yalnız neft, qaz kimi təbii resurslardan asılı olan ölkələrə mənfi təsirlərini göstərəcək”.
Almaniya ABŞ-ın Rusiya ərazisinə zərbə endirmək barədə qərarını dəstəkləyib
Cari ildə Azərbaycan Avropaya 10,6 milyard m3 qaz satıb
Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi müzakirə edilir
İlham Əliyev Rusiyanın maliyyə naziri ilə görüşüb
Azərbaycanda cari ilidə 41,5 milyard m3 qaz hasil edilib
BMT-nin baş katibi "G20" ölkələrini "COP29"u dəstəkləməyə çağırıb
11 ölkə "COP29"a ikiillik şəffaflıq hesabatını təqdim edib
COP29: Bu gün Qlobal İqlim Şəffaflığı üzrə Bakı Bəyannaməsi təqdim olunacaq
Azərbaycanın İkiillik Şəffaflıq Hesabatı təqdimata hazırdır
Almaniyanın vitse-kansleri Azərbaycana səfərə gəlib
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq