logo

Son 2 ildə neftin qiymətində ən böyük həftəlik azalma qeydə alınıb

13:22 10-02-2018 | icon 2527
Son 2 ildə neftin qiymətində ən böyük həftəlik azalma qeydə alınıb

Xam neftin qiyməti 2016-cı ilin yanvar ayından indiyədək ən yüksək həftəlik itki ilə üzləşib.

YeniAvropa xəbər verir  ki, ABŞ-ın neft istehsalının, eləcə də ölkədəki neft quyularının sayının kəskin artması nəticəsində qlobal bazarda “qara qızıl”ın qiymətində son 2 ildə ən böyük həftəlik eniş olub. Fevralın 10-da neftin qiyməti 3,4 faiz azalıb.

Ən çox istifadə edilən “Brent” markalı xam neftin qiyməti fevralın 2-9-da 8,7 faiz azalıb. “Light” neftinin qiyməti isə eyni dövrdə 9,8 faiz aşağı düşüb. Beləliklə də, bu həftə hər 2 neft növünün itkiləri 2016-cı ilin yanvarından bu vaxtadək ən yüksək səviyyəyə çatıb.

Xatırladaq ki, qlobal bazarda təklifin çox olması ilə əlaqədar 2016-cı il yanvar ayının 8-15-də “Brent”in qiyməti 13,7 faiz, “Light”ın qiyməti neft isə 11,3 faiz azalmışdı.

Bundan əlavə, “Brent” markalı xam neftin bir barrelinin qiyməti fevralın 9-da 61,78 dollar səviyyəsinə enib, bu isə 2017-ci il dekabrın 7-dən indiyədək ən aşağı səviyyədir. “Light”ın bir barrelinin qiyməti də ötən cümə günü 58,09 dollara qədər geriləyib və 2017-ci il dekabrın 22-dən bu yana ən aşağı səviyyəyə enib.

Analitiklər isə ABŞ-dakı son proseslər fonunda qlobal neft bazarında təklif çoxluğunun yaranacağından narahatdır.

Hazırda “Brent” neftinin bir barreli Londonun ICE birjasında 62,79 dollar, “Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 59,20 dollara alıcı axtarır.