2008-2017-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 24 milyard 588 milyon ABŞ dolları artıb.
YeniAvropa xəbər verir ki, bu barədə fondun 2017-ci ilə dair investisiya fəaliyyətinin yekunları üzrə hesabatında qeyd edilir. Bildirilir ki, Neft Fondunun aktivləri 2008-ci ildəki 11 milyard 219 milyon dollara nisbətən 2018-ci ilin əvvəlinə 35 milyard 807 milyon dollara çatıb.
Qeyd edək ki, 2018-ci il yanvarın 1-ə Neft Fondunun aktivləri 2017-ci ilin əvvəlinə (33 milyard 147 milyon ABŞ dolları) nisbətən 8,02 faiz artaraq 35 milyard 806,5 milyon ABŞ dollarına bərabər olub. Aktivlərin artımı fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri və investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişkənliyi fərqi hesabına formalaşıb.