logo

Rusiya BTQ ilə dəmir məmulatlarının daşınmasında maraqlıdır

14:56 09-02-2018 | icon 2436
Rusiya BTQ ilə dəmir məmulatlarının daşınmasında maraqlıdır

Rusiya Bakı-Tbilisi-Qars(BTQ) dəmir yolu ilə dəmir məmulatlarının daşınmasında maraqlıdır.

YeniAvropa xəbər verir  ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov KİV-ə müsahibəsində bildirib.

O, bildirib ki, Moskvada səfərdə olarkən metallurgiya şirkətlərinin nümayəndələri ilə danışıqlar aparıb. Danışıqlar zamanı Rusiyadan Bakı-Tbilisi-Qars dəmir yolu ilə hər ay 70 min ton dəmir məmulatlarının göndərilməsi istəyi bildirilib.

C.Qurbanov qeyd edib ki, Rusiya taxta, dəmir məmulatlarının Qarsa, oradan isə qida məhsullarının Rusiyaya daşınmasında maraqlıdır.