Aprel ayının ilk həftəsində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə Avstriyadan yüklərin daşınması gözlənilir.
YeniAvropa xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərlə görüşündə deyib. O bildirib ki, Avstriya yüklərin Qazaxıstana daşınması üçün BTQ-dən istifadə edəcək.