Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir.
YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,57 dollar ucuzlaşaraq 66,61 dollar olub.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,46 dollar azalaraq 64,35 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,65 dollar ucuzlaşaraq 60,50 dollar təşkil edib.