Dünya birjalarında neftin qiyməti ucuzlaşır. YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,94 dollar ucuzlaşaraq 68,18 dollar olub.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,05 dollar azalaraq 65,45 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,15 dollar ucuzlaşaraq 61,64 dollar təşkil edib.