“Azerspace-1” - 5 il!
Bu gün Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki “Azerspace-1”in orbitə buraxılmasının beşinci ildönümüdür.
YeniAvropa xəbər verir ki, 2013-cü il fevralın 7-də (Bakı vaxtı ilə fevralın 8-i) Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1” Fransız Qvianasının Kuru kosmodromundan orbitə buraxılıb.
“Azərkosmos” ASC-dən verilən məlumatda qeyd edilir ki, “Azerspace-1” peyki telekommunikasiya sahəsində digər ölkələrdən asılılığının aradan qaldırılması, yerüstü infrastrukturdan asılı olmadan informasiya təhlükəsizliyinin təmin edilməsi kimi üstünlükləri təmin edir. Respublikanın televiziya kanallarının fasiləsiz peyk yayımı Azərbaycan həqiqətlərinin ölkəyə və dünya ictimaiyyətinə maneəsiz çatdırılmasını təmin etməklə ötən əsrin sonlarında ölkəmizin üzləşdiyi informasiya blokadasının yenidən ortaya çıxma riskini aradan qaldırır. Hazırda Naxçıvan Muxtar Respublikası ilə fasiləsiz peyk rabitəsi “Azerspace-1” vasitəsilə təhlükəsiz və etibarlı şəkildə təmin edilir. Ölkədə geniş şaxələnmiş şəbəkəyə malik bir sıra dövlət qurumları arasında peyk rabitəsi “Azerspace-1” üzərindən təmin edilir. Yerüstü kabel şəbəkəsinin mövcud olmadığı ərazilərdə, məsələn, Xəzər dənizində üzən Azərbaycan gəmilərində və neft platformalarında peyk rabitəsi və internet xidməti “Azerspace-1” vasitəsilə təmin edilir.
Hazırda peyk üzərindən Azərbaycan, türk, rus, ingilis və digər dillərdə, yerli və beynəlxalq səviyyəli, ümumilikdə, 100-ə yaxın televiziya və radio kanalı yayımlanır. Bundan əlavə, “Azerspace-1” peyki respublika əhəmiyyətli kanallarla yanaşı, Dünya TV, ARB TV, ARB:24, ARB Ulduz və ARB Günəş kimi region kanalları üçün dünya yayımına çıxış imkanı yaradıb.
Azərbaycanda peyk xidmətləri bazarında lider olan “Azerspace-1” peyki digər ölkələrdə də aktivlik nümayiş etdirir. “Azerspace-1” peykinin dünyanın 25-dən çox ölkəsində sabit müştəri bazası var. “Azerspace-1” peyki teleradio yayımı sahəsində qonşu Gürcüstan bazarında lider mövqeyə və Türkiyədə özünəməxsus bazar payına sahibdir. Peyk Mərkəzi Asiyada müştərilərinin sayını artırmağa başlayıb. Data xidmətlərinin göstərilməsində isə Yaxın Şərq və Afrikada xüsusi aktivlik göstərir. Hazırda Reuters, MTV, National Geographic kimi media nəhəngləri və Birləşmiş Ərəb Əmirliklərinin aparıcı dövlət mobil operatoru olan “Etisalat” şirkəti ilə əməkdaşlıq edilir.
“Azerspace-1” peyki kommersiya fəaliyyətində olduğu dövr ərzində 72 milyon ABŞ dolları məbləğində gəlir gətirib.
2014-cü ilin dekabrında Fransanın “Airbus DS” şirkəti və “Azərkosmos” arasında imzalanmış strateji əməkdaşlığa dair saziş çərçivəsində Azərbaycanın sayca ikinci, təyinatına görə Yer səthinin məsafədən müşahidəsi peyki olan “Azersky” “Azərkosmos” tərəfindən təhvil alınıb. Bununla da, “Azərkosmos” Yer səthinin məsafədən müşahidəsi üzrə kommersiya fəaliyyətinə başlayıb.
“Azersky” peykinin kommersiya istismarında olduğu dövr ərzində 19 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib.
Bu gün “Azersky” peyki sayəsində dünyanın istənilən nöqtəsinin yüksək ayırdetməli peyk təsvirlərinə birbaşa, qeyd-şərtsiz çıxış imkanı var. Ötən dövr ərzində “Azersky” peykinin xidmətlərindən kənd təsərrüfatı, xəritəçəkmə, infrastrukturun planlaşdırılması və monitorinqi, kadastr məlumatlarının yenilənməsi, dənizdə və quruda neft çirklənmələrinin tədqiqi, müdafiə, təhlükəsizlik və digər sahələrdə istifadə edilir. “Azerspace-1” peyki ilə yanaşı, “Azersky” da Azərbaycanın suverenliyinin qorunması və ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlara malikdir. Belə ki, 2015-ci ildən etibarən “Azersky” peyki ölkənin müdafiə və təhlükəsizliyi üçün davamlı istifadə edilir. İşğal olunmuş ərazilərdə törədilmiş yanğınların mütəmadi olaraq monitorinqi və dəymiş ziyanın qiymətləndirilməsi aparılır. Bundan başqa, ötən il Kəlbəcər və Zəngilan rayonları ərazisində yerləşən filiz yataqlarının kosmik monitorinqi həyata keçirilib və hasilat sahələrində baş vermiş genişlənmələr aşkar edilib. Bunlarla yanaşı, Azərbaycana qarşı müxtəlif informasiya təxribatlarının qarşısının alınmasında da “Azersky” peykinin imkanları tətbiq edilib. 2015-ci ildə Xəzər dənizində “Günəşli” yatağında baş vermiş qəza nəticəsində neft çirklənmələri barədə xarici mətbuatda yayılan xəbərlərin əsassız olması operativ qaydada sübuta yetirilib.
Artıq iki ildir ki, “Azərkosmos” tərəfindən həyata keçirilən “Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi” layihəsi çərçivəsində elmi-tədqiqat institutları, universitetlər, elmi tədqiqatla məşğul olan digər qurumları təmsil edən tədqiqatçılara coğrafiya, dendrologiya, botanika, zoologiya, torpaqşünaslıq və aqrokimya kimi ən geniş sahələri əhatə edən innovativ elmi layihələrin həyata keçirilməsi məqsədilə “Azersky” peykindən əldə edilmiş təsvirlər təmənnasız olaraq təqdim olunur.
Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılmasından beş il sonra – 2018-ci ilin birinci yarısında “Azərkosmos” ASC-nin telekommunikasiya xidmətlərinin davamlılığının və etibarlılığının təmin edilməsi, həmçinin yayımın əhatə dairəsinin, xidmət çeşidinin və satışlarının həcminin artırılması məqsədilə Azərbaycanın ikinci telekommunikasiya peyki – “Azerspace-2”nin orbitə çıxarılması planlaşdırılır. “Azerspace-2” peykinin əhatə zonasına Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələri daxildir. Orbitdə istismar müddəti 15 il nəzərdə tutulan “Azerspace-2” həm də birinci telekommunikasiya peyki olan “Azerspace-1”in orbitdəki ehtiyatı rolunu öz üzərinə götürəcək. İkinci telekommunikasiya peykinin mövcudluğu irihəcmli tenderlərdə iştirak edərək irihəcmli sifarişlərin alınması, peyk tutumlarının çoxalması səbəbi ilə miqyas effektindən istifadə edilməsi və nəticədə “Azərkosmos”un bazarda rəqabətli mövqeyinin yaxşılaşdırması üçün imkanlar yaradır.
Cari ildə Azərbaycan Avropaya 10,6 milyard m3 qaz satıb
Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi müzakirə edilir
İlham Əliyev Rusiyanın maliyyə naziri ilə görüşüb
Azərbaycanda cari ilidə 41,5 milyard m3 qaz hasil edilib
BMT-nin baş katibi "G20" ölkələrini "COP29"u dəstəkləməyə çağırıb
11 ölkə "COP29"a ikiillik şəffaflıq hesabatını təqdim edib
COP29: Bu gün Qlobal İqlim Şəffaflığı üzrə Bakı Bəyannaməsi təqdim olunacaq
Azərbaycanın İkiillik Şəffaflıq Hesabatı təqdimata hazırdır
Almaniyanın vitse-kansleri Azərbaycana səfərə gəlib
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb