logo

Azərbaycandan Monteneqroya birbaşa reyslər təşkil ediləcək

16:12 07-02-2018 | icon 2485
Azərbaycandan Monteneqroya birbaşa reyslər təşkil ediləcək

Bu ilin iyulun 5-dən sentyabrın 13-dək “PASHA Holidays” (“PASHA Travel”in struktur bölməsi) Monteneqronun Tivata şəhərinə çarter reysləri təşkil edəcək. Avropanın bu turizm regionunun imkanlarının təqdimatı fevralın 8-də “JW Marriott Absheron Baku” hotelində reallaşacaq.

Milli Turizm Təbliğat Bürosundan YeniAvropa-ya verilən məlumata görə, tədbirdə Azərbaycanla Monteneqro və Xorvatiya arasında ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunacaq.

Təqdimatda Azərbaycanın 300-ə qədər turizm şirkətinin nümayəndəsi iştirak edəcək.

Qeyd edək ki, Monteneqro Azərbaycanla vizasız rejim tətbiq edib.