logo

Neft Fondu indiyədək “Azəri-Çıraq-Günəşli” layihəsindən 130 milyard dollar qazanıb

16:39 06-02-2018 | icon 2352
Neft Fondu indiyədək “Azəri-Çıraq-Günəşli” layihəsindən 130 milyard dollar qazanıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2001-ci ilin əvvəlindən bu il fevralın 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 129 milyard 137 milyon ABŞ dolları gəlir əldə edib.

YeniAvropa xəbər verir  ki, bu haqda ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən bildirilib. Məlumatda qeyd edilib ki, bu ilin yanvar-fevral aylarında isə AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 651,6 milyon dollar vəsait daxil olub.

Həmçinin bu il yanvarın 29-da Neft Fonduna “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” SOCAR ilə xarici hasilat şirkətləri arasında imzalanmış yeni sazişə uyğun olaraq 450 milyon ABŞ dolları həcmində ilk bonus ödənişi həyata keçirilib.