Bakı-Qazax avtomagistralının rayonun Muğan kəndindən keçən hissəsində ağır avtoqəza qeydə alınıb. Magistralda hərəkətdə olan “Mercedes” markalı mikroavtobusla “Ford” markalı minik avtomobili ilə toqquşması nəticəsində ilkin məlumata görə 19 nəfər yaralanıb.
YeniAvropa xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, yaralalıların 10 nəfəri Şirvan xəstəxanasına aparılıb, 9 nəfər isə Kürdəmir mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
Kürdəmir mərkəzi rayon xəstəxanasından verilən məlumata görə, qəzadan sonra 6 qadın 2 kişi bir azyaşlı oğlan gətirilib. Azyaşlı Bakıda Travmatologiya İnstituna (qolun amputasiyası), 2 kişinin isə Klinik Tibbi Mərkəzə keçirilməsi qərara alınıb.
Şirvan Mərkəzi Rayon Xəstəxanasına 4 kişi və 6 qadın gətirilib. Xəstəxanadan bildirilib ki, qadınların ikisində qapalı kəllə beyin travması etimal olunur. Yaralıların hamısına lazımı yardım göstərilir.