Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
YeniAvropa xəbər verir ki, , “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,43 dollar bahalaşaraq 70,47 dollar olub.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,74 dollar azalaraq 66,88 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,72 dollar ucuzlaşaraq 63,43 dollar təşkil edib.